Xəzər Xəbər

Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

Dünya | 15:16 • 16 İyul 2018
Rusiya ordusu Ermənistanda dronlardan istifadə etməklə təlim keçirir

Rusiyanın Ermənistandakı hərbi bazasının motoatıcıları "Alagöz" yüksək dağlıq poliqonunda pilotsuz uçan aparatların hesablamaları ilə qarşılıqlı fəaliyyət üzrə təlimlərə başlayıb.


"Report" bildirir ki, hərbi bazanın bölmələri dronlardan istifadə etməklə kəşfiyyat aparılmasında bacarıqlarını təkmilləşdirir, alınmış məlumatlarla qırıcı və ordu aviasiyasının dəstəyi ilə hədəfi koordinatlar üzrə bütün növ atıcı silahlardan məhv edir.


Qeyd olunur ki, manevrlər bir həftə davam edəcək, təlimlərə təxminən 2 min hərbçi və 300 ədəd hərbi texnika, o cümlədən pilotsuz aparatlar, qırıcı və ordu aviasiyası cəlb olunub.

Xəbər lenti