Xəzər Xəbər

Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

Dünya | 15:13 • 16 İyul 2018
Helsinkidə Tramp və Putin arasında görüş başlayıb

Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.


Xezerxeber.az-ın xəbərinə görə, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Xəbər lenti