Xəzər Xəbər

Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

Dünya | 15:06 • 16 İyul 2018
Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

Gürcüstan parlamenti bugünkü iclasında Şalva Tadumadzeni ölkənin baş prokuroru vəzifəsinə təsdiq edib.


Onun lehinə 101 deputat, əleyhinə isə 2 deputat səs verib.

Parlamentin qərarına əsasən, Ş. Tadumadze 6 il müddətinə baş prokuror vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. O, həmçinin Bidzina İvanişvilinin şəxsi vəkili kimi də çalışıb.

Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. (APA)

Xəbər lenti