Xəzər Xəbər

“Avropa Birliyi düşmənimizdir” - Tramp

Dünya | 10:32 • 16 İyul 2018
“Avropa Birliyi düşmənimizdir” -

"Bizim düşmənimiz çoxdur. Onlardan biri də Avropa Birliyidir. Bu ticarət sahəsində onların bizə etdikləri ilə bağlıdır. Mən belə düşünürəm”.


Xezerxeber.az "Anadolu” Agentliyinə istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp Finlandiya səfəri çərçivəsində CBS televiziyasına müsahibəsində deyib. Tramp bildirib ki, Avropa Birliyi ilə düşmən olmasının əsas səbəbi NATO-dur:

"Avropa Birliyi NATO qarşısındakı öhdəliklərini yerinə yetirmir. Buna görə də onlar mənim üçün düşməndir. Amma bu təhlükəli hal deyil. Onlar həm də rəqabət sevdalısıdır”.

Xəbər lenti