Xəzər Xəbər

Ərdoğandan Putinə XƏBƏRDARLIQ: “Tamamilə yox edə bilər”

Dünya | 10:57 • 15 İyul 2018
Ərdoğandan Putinə XƏBƏRDARLIQ: “Tamamilə yox edə bilər”

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Prezidentlər danışıq zamanı ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Suriya böhranının həllini müzakirə ediblər.

 Türkiyə lideri həmkarına Suriyanın İdlib bölgəsi ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, Ərdoğan Dera bölgəsində dinc vətəndaşların hədəf alınmasının narahatlıq yaratdığını bildirib. Türkiyə prezidenti xəbərdarlıq edib ki, Suriya rejimi bənzər bir şəkildə İdlibə yönələcəyi halda, Astana razılaşmasını tamamilə məhv edilə bilər.

Türkiyə prezidenti qeyd edib ki, İdlibdə mənfi proseslərin baş verməməsi Astanada 30-31 iyul tarixlərində keçiriləcək Suriya toplantısında müxalifətin iştirakının təşviqi baxımından da əhəmiyyətlidir.

Xəbər lenti