Xəzər Xəbər

Türkiyədə qanlı gecədən 2 il keçdi

Dünya | 09:44 • 15 İyul 2018
Türkiyədə qanlı gecədən 2 il keçdi

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi gecədən 2 il ötür.

Həmin gecədə qiyamçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələrə axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı.

Qiyamçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş açması nəticəsində 248 nəfər şəhid olmuş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 qiyamçı ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi (Axar.az).

Xəbər lenti

Çox oxunanlar