İyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşəcək
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin
Suriya ilə bağlı razılaşacağına dair detalları mediaya sızıb.
"Washington Post” xəbər verir ki,
Trampla Putin Suriya münaqişəsinə son qoymaq və miqrantların
evlərinə qayıdışını təmin etmək üçün böyük plan hazırlayıb.
Anlaşmaya görə, Tramp Suriyanın şimalşərqindəki 2 min 200 Amerika
əsgərini geri çəkəcək. Putin isə Suriyanın İordaniya və İsrail
sərhədlərindəki İranın varlığını məhdudlaşdıracaq. Bununla yanaşı,
Pentaqonun dəstək verdiyi YPG/PKK qüvvələri Əsəd rejiminin
nəzarətinə veriləcək.
İsrail və ABŞ-ın dəstəyi ilə Şam hərbi dəstək verməyə son qoyacağı
deyilən İranın dini lideri Ayətullah Xamaneinin xarici siyasət üzrə
müşaviri Əli Əkbər Vilayəti isə "Biz Suriyadan çıxsaq, bizim
arxamızca Rusiya gedər və terrorçular yenidən bura qayıdar” deyə
açıqlama verib.
Moskvada "Valday” klubunda danışan Vilayəti "İraq, yaxud Suriya
hökumətlərinin istəyəcəyi təqdirdə dərhal çıxarıq. Lakin İsrailin
təzyiqini qəbul edəm bilmərik” deyə bilirib.