Xəzər Xəbər

Gürcüstan parlamenti yeni hökumətə etimad göstərdi

Dünya | 10:06 • 15 İyul 2018
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərdi

Gürcüstan parlamenti Baş nazir Mamuka Baxtadzenin təqdim etdiyi tərkibdə hökumətə etimad göstərib.

Publikaa.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, deputatlardan 101-i hökumətin yeni tərkibini dəstəkləyib, 12-si isə qarşı çıxıb.

Nazirlər Kabinetinin əsas tərkibi, həmçinin güc idarələrinin rəhbərləri dəyişməyib. Yeni hökumətdə əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət naziri vəzifələri qalıb.

Parlament Gürcüstan hökumətinə aşağıdakı tərkibdə etimad göstərib: xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Qeorqi Qaxariya, səhiyyə naziri David Serqeenko, təhsil, elm və mədəniyyət naziri Mixail Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Qeorqi Kobuliya, maliyyə naziri Vano Maçavariani, regional inkişaf naziri Maya Skitişvili, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili, müdafiə naziri Levan İzoriya, ədliyyə naziri Teya Tsulukiani, barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsexelaşvili.

Xəbər lenti