Xəzər Xəbər

Putin və Ərdoğan arasında telefon danışığı oldu

Dünya | 01:48 • 15 İyul 2018
Putin və Ərdoğan arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub.

"Anadolu” agentliyi xəbər verir ki, prezidentlər danışıq zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan "Türk axını” və "Akkuyu” kimi layihələr başda olmaqla, enerji əməkdaşlığının inkişafından məmnuniyyətini dilə gətirib.

Liderlər Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün siyasi həllin sürətləndiriləcəyini bildiriblər. Həmçinin, iyulun 25-27-də Yohannesburqda BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitində üz-üzə görüşmək barədə qərar qəbul olunub.

Xəbər lenti