Xəzər Xəbər

İsrail Qəzzada çoxmərtəbəli binanı vurdu – Ölənlər var

Dünya | 09:54 • 15 İyul 2018
İsrail Qəzzada çoxmərtəbəli binanı vurdu – Ölənlər var

İsrail Qəzza sektorunda qaçqınlar düşərgəsində yerləşən çoxmərtəbəli binaya zərbə endirib.

TASS agentliyi xəbər verir ki, bu haqda İsrail ordusunun mətbuat xidmətinin yaydığı rəsmi məlumatda bildirilir.

"Ordu Qəzzanın şimal hissəsində qaçqınların düşərgəsində çoxmərtəbəli binaya zərbə vurdu. Bina rayonun mərkəzində "Həmas”ın təlim düşərgəsi idi”, - sənəddə deyilir.

Məlumata görə, binada yaşayan insanlar ordu tərəfindən hücum haqqında qabaqcadan xəbərdarlıq edilmişdi.

Bildirilir ki, binanın altında döyüş təlimləri üçün istifadə olunan təlim tuneli qazılmış və "Həmas” tərəfindən bütün Qəzza üzrə qazılan yeraltı tunellərin geniş şəbəkəsiylə birləşdirilmişdi.

"İctimai ehtiyaclar üçün nəzərdə tutulmuş bina "Həmas”ın təlim düşərgəsinə çevirilmişdi”, - İsrail ordusunun mətbuat xidməti qeyd edib.

"Anadolu” agentliyinin xəbərinə görə, zərbələr nəticəsində 2 fələstinli uşaq ölüb.

Daha əvvəl yayılna xəbərə görə, döyüşçülər Qəzzadan İsrail ərazisinə ən azı 55 raket və minaatan mərmisi buraxıblar. Hərbçilərin məlumatına görə, onlardan 10-u "Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən yaxalanıb. Raket və minaatan atəşləri nəticəsində zərərçəkənlər haqqında məlumat yoxdur.

Xəbər lenti

Çox oxunanlar