İrana qarşı sanksiyaları ABŞ-ı indiyədək Tehranla müqayisədə daha çox təcrid edib. XəzərXəbər xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu gün dövlət televiziyasındakı çıxışında belə deyib. Bildirib ki, ABŞ indi həmişə olduğundan daha çox təcrid vəziyyətinə düşüb. Xüsusən də, öz müttəfiqləri arasında.
"Bu gün biz elə bir şəraitdəyik ki, İrana qarşı sanksiyalar məsələsinə görə ABŞ
indiyədək olduğundan daha çox təcrid edilib... gördüyümüz kimi,
sanksiyalar onu hətta öz müttəfiqləri arasında da təcrid vəziyyətinə
salıb.” – deyə Ruhani diqqəti ötən gün Böyük Britaniyaya səfər edən ABŞ prezidenti Donald Trampın kütləvi etirazlarla qarşılanmasına yönəldib.
Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın
avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər
məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq
ediləcək.