Xəzər Xəbər

Putin-Tramp görüşünün formatı açıqlandı

Dünya | 14:42 • 14 İyul 2018
Putin-Tramp görüşünün formatı açıqlandı

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın Helsinki görüşü iyulun 16-da yerli vaxtla saat 13:00-də (Bakı vaxtı ilə saat 14:00-da –red.) başlanacaq və prezident sarayında keçiriləcək.

TASS agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Uşakov qeyd edib ki, Putin Helsinkiyə iyulun 16-da, Tramp isə daha əvvəl gələcək.

"Prezidentlərin görüşünün nə qədər davam edəcəyini bilmirik. Heç bir limit yoxdur”, - o əlavə edib.

Uşakov bildirib ki, görüş tərcüməçilərin iştirakı ilə təkbətək başlanacaq. Daha sonra isə işçi yeməyi formatında Rusiya-ABŞ danışıqları olacaq və nümayəndə heyətlərinin bəzi üzvləri iştirak edəcəklər.

"Sonra isə liderlər birgə mətbuat konfransını keçirəcəklər. Prezidentlərin çıxışları nəzərdə tutulub və sonra liderlər dörd suala cavab verəcəklər. Bu, mətbuat konfransları üçün tipik formatdır”, - Uşakov vurğulayıb./publika.az

Xəbər lenti