Xəzər Xəbər

İran ABŞ-la danışıqlardan imtina etdi

Dünya | 14:40 • 13 İyul 2018
İran ABŞ-la danışıqlardan imtina etdi
İran beynəlxalq qətnamələr və razılaşmaları pozan ABŞ-la danışıqlar masası arxasında oturmağa ehtiyac görmür.


Bu barədə İranın ali dini lideri Ayətulla Əli Xameneyinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Valday klubundakı çıxışında deyib.


"Bizim danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar edilməyən birilə necə danışıqlar aparmaq olar? ABŞ hakimiyyəti nüvə sazişi də daxil olmaqla, beynəlxalq razılaşmaları pozublar”, - deyə Vilayəti vurğulayıb.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Xəbər lenti