Xəzər Xəbər

Çavesin ölümü barədə ŞOK VERSİYA – 2013-cü ildə ölməyibmiş

Dünya | 12:27 • 13 İyul 2018
Çavesin ölümü barədə ŞOK VERSİYA

Hazırda ölkə xaricində olan Venesuelanın baş prokuroru Luis Orteqa Dias ölkənin keçmiş lideri Uqo Çavesin ölümü ilə bağlı öz versiyasını səsləndirib.

O, "Punto del Corte” portalına müsahibəsində Uqo Çavesin 2013-cü ilin martında deyil, əslində 2012-ci ilin dekabrında öldüyünü deyib.

Portal hazırda naməlum səbəblərdən bloklanıb. Amma müsahibənin mətni sosial şəbəkələrdə yayılıb. "Nasional” nəşri müsahibədən sitat gətirib.

Keçmiş prokurorun sözlərinə görə, ona bu haqda parlamentin sabiq başçısı Diosdado Kabelo bildirib.

"Mən 28 dekabrın 2012-ci il tarixində ölkədən kənarda idim. Diosdado mənə zəng edir: gəl, çünki Çaves öldü”, - Orteqa bildirib.

Sabiq baş prokuror qeyd edib ki, dərhal Venesuelaya qayıtmaq üçün bilet almaq istəyib, ancaq Kabelo yenidən zəng edərək Çavesin sağ olduğunu deyib.

Rəsmi məlumatlara görə, Çaves 2013-cü ilin martında 58 yaşında Karakasın hərbi hospitalında ölüb. O, onkoloji xəstəliklə mübarizə aparırdı./publika.az

Xəbər lenti