Xəzər Xəbər

Yaponiyada sel qurbanlarının sayı 199 nəfərə çatdı

Dünya | 14:43 • 12 İyul 2018
Yaponiyada sel qurbanlarının sayı 199 nəfərə çatdı

Yaponiyada davam edən leysan yağışlar səbəbilə ölənlərin sayı 199 nəfərə çatıb.


 60 nəfər hələ də itkindir. 70 mindən çox xilasetmə qrupu axtarışlara davam edir. Minlərlə insan sığınacaqlara yerləşdirilib.


Qeyd edək ki, 5,9 milyon nəfərin təxliyəsi barədə göstəriş verilmişdi.

Xəbər lenti