Xəzər Xəbər

ABŞ-dan İranla bağlı ŞOK ÇAĞIRIŞ: “Bütün ölkələr..."

Dünya | 13:09 • 11 İyul 2018
ABŞ-dan İranla bağlı ŞOK ÇAĞIRIŞ:

"İran terror aktlarının planlaşdırılması üçün səfirliklərdən istifadə edir”.

Bu haqda ABŞ-ın Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqton diplomatların şəxsi təhlükəsizliyini təmin etmək üçün bütün ölkələri İran diplomatlarını diqqətlə yoxlamağa çağırır.

Qeyd edək ki, Fransada terror aktının hazırlanması ilə bağlı işin araşdırılması çərçivəsində Vyanaya akkreditə olunmuş iranlı diplomatın Almaniyada saxlanıldığı barədə xəbər yayılıb. Avstriya diplomatın immunitetinin məhrum edilməsini tələb edib. İran Xarici İşlər Nazirliyinin məlumatına görə isə, Belçika onun ekstradisiyasını tələb edir.

Terror aktının qarşısının alınması barədə KİV-də məlumat İran prezidenti Həsən Ruhaninin prezidentin İsveçrə və Avstriyaya səfəri ərəfəsində yayılıb. İran ittihamları rədd edir.

Lakin amerikalı diplomat bildirib ki, ABŞ bu hücumların planlaşdırılmasında İranı cavabdeh hesab edir. Onun sözlərinə görə, ABŞ istəyir ki, hər ölkə öz təhlükəsizliyi barədə düzgün qərar qəbul etsin.

"Biz hesab edirik ki, İran ölkələri daim təhdid edir. Onlar ehtiyatlı olmalıdır", - məmur bildirib./publika.az

Xəbər lenti