Xəzər Xəbər

Mağarada itən 12 futbolçunun taleyindən SON XƏBƏR

Dünya | 16:38 • 10 İyul 2018
Mağarada itən 12 futbolçunun taleyindən

Taylanddakı bir mağarada köməksiz halda qalan 12 azyaşlı idmançı və 1 müəllimdən ibarət 13 nəfərlik qrupdan yeni xəbər var.

3 günlük xilasetmə işlərindən sonra qrup sağ-salamat mağaradan çıxarılıb.

Qeyd edək ki, 11-16 yaşlı 12 futbolçu və onların müəlliminin 23 iyun tarixində Tam Luanq Nanq Non mağarasında ekskursiyası zamanı şiddətli yağış yağmış və mağaranın girişi su ilə bağlanmışdı. Qrup 9 gün davam edən axtarışlar nəticəsində dalğıclar tərəfindən tapılmışdı./publika.az

Xəbər lenti