Xəzər Xəbər

Sarkisyanın yaxın qohumları axtarışa verildi

Dünya | 18:12 • 7 İyul 2018
Sarkisyanın yaxın qohumları axtarışa verildi

Ermənistanın eks prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın ailəsindən bir neçə nəfər ittiham edilib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Levon Sarkisyan, onun qızı və oğlu axtarışa verilib.

Onlar müsadirəyə təqdim olunmuş əmlakın istifadəsi və gizlədilməsində ittiham olunurlar.

Xüsusi Təhqiqat qrupunun müstəntiqi məhkəməyə Levon Sarkisyana qarşı həbs qəti imkan tədbiri barədə müraciət edib. Məhkəmə elə həmin gün iddianı təmin edib.

Onun oğlu Narek və qızı Ani sarkisyan haqda isə məhkəmə yaşayış yerini tərk etməmək barədə qərar qəbul edib.

Böyük səfir Levon Sarkisyan və qızı Ani Sarkisyan 2017-ci ildə gəlirlərin göstərilməsi bəyamnaməsindən əmlakın gizlədilməsində ittiham edilir. Belə ki onların hazır ki, əmlakları gəlirlərini dəfələrlə aşır.

Eynilə də oğlu Narek Sarkisyan da eyni qanun pozuntusunda ittiham olunur.

Xəbər lenti