Xəzər Xəbər

ATƏT PA-nın prezidenti rəsmi Bakı ilə əməkdaşlığın səviyyəsindən razıdır

Dünya | 18:44 • 7 İyul 2018
ATƏT PA-nın prezidenti rəsmi Bakı ilə əməkdaşlığın səviyyəsindən razıdır

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli təşkilatın illik 27-ci sessiyası çərçivəsində Berlində keçirilən Daimi Komitənin iclasında cari ilin mart ayında İpək Yoluna Dəstək Qrupunun konfransında iştirak etmək üçün Bakıya etdiyi səfərdən danışıb.


Georgi Tsereteli dövlətimizin rəhbərliyi ilə görüşünə dair təəssüratlarının bölüşüb, ATƏT PA və Azərbaycan hökuməti arasında əməkdaşlığın yüksək səviyyəsindən razılığını bildirib, tərəflər arasında qarşılıqlı anlaşmanın olduğunu qeyd edib. (AZƏRTAC)

Xəbər lenti