Xəzər Xəbər

İranda 8 İŞİD üzvü edam olunub

Dünya | 11:19 • 7 İyul 2018
İranda 8 İŞİD üzvü edam olunub

İranda ötən il törədilmiş terror aktlarında təqsirli bilinmiş 8 nəfər edam edilib.


Trend-in məlumatına görə, edam olunanlar İŞİD terror təşkilatının üzvləri olublar.


Qeyd edək ki, onlar barəsində ölüm hökmü bu ilin may ayında verilmişdi. İranın Ali Məhkəməsi iyunda ölüm hökmünü təsdiq etmişdi. Edamın necə həyata keçirildiyi barədə məlumat verilmir.


Xatırladaq ki, 2017-ci il iyunun 7-də Tehranda İran Parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olmuşdu. Terror aktları nəticəsində 20 nəfər həlak olmuş, onlarla şəxs yaralanmışdı.

Rubrikanın digər xəbərləri

Xəbər lenti