Xəzər Xəbər

Acarıstanın hökumət başçısı vəzifəsinə namizəd irəli sürülüb

Dünya | 09:12 • 7 İyul 2018
Acarıstanın hökumət başçısı vəzifəsinə namizəd irəli sürülüb

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) hökumət başçısı vəzifəsinə Tornike Rijvadzenin namizədliyi irəli sürülüb.

Onun namizədliyi muxtar respublikanın Ali Məclisi tərəfindən dəstəklənib.

T. Rijvadze yaxın günlərdə yeni hökumətin tərkibini təqdim etməlidir. Bundan sonra muxtar respublikanın Ali Məclisi yeni hökumətə etimad göstərməlidir.

T. Rijvadze "Gürcüstan Energetikasının İnkişafı Fondu”nun direktorudur. Bu vəzifəyə qədər o, energetika nazirinin müavini olub.

Qeyd edək ki, Acarıstan MR-in keçmiş hökumət başçısı Zurab Pataradze iyulun 4-də istefa verib. (APA)

Xəbər lenti