Xəzər Xəbər

Gürcüstanın valyuta ehtiyatları azalıb

Dünya | 08:47 • 7 İyul 2018
Gürcüstanın valyuta ehtiyatları azalıb

Cari ildə Gürcüstanın valyuta ehtiyatları təqribən 34 milyon dollar azalıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb. Məlumatda deyilir ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub. Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çoxdur. Lakin cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.


Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

Xəbər lenti