Xəzər Xəbər

Yaponiyada xilasetmə əməliyyatına 48 min nəfər cəlb edilib

Dünya | 08:47 • 7 İyul 2018
Yaponiyada xilasetmə əməliyyatına 48 min nəfər cəlb edilib

Yaponiya Özünümüdafiə Qüvvələrinin, polis və yanğınsöndürmə sisteminin əməkdaşları ölkənin ayrı-ayrı yerlərində xilasetmə əməliyyatı həyata keçirirlər. Bu barədə hökumətin baş katibi Yosixide Suqa Tokioda keçirilən mətbuat konfransında məlumat verib.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Yosixide Suqa xilasetmə əməliyyatına 48 min nəfərin cəlb edildiyini bildirib.


Yaponiya hökumətinin təbii fəlakətlə bağlı təcili iclasında Baş nazir Şinzo Abe leysan yağışlarının zərər vurduğu ərazilərdə vəziyyəti "olduqca ciddi” adlandırıb. Bildirib ki, insan həyatı ən önəmli məsələ olduğu üçün bütün qüvvələr xilasetmə işlərinə və zərərçəkənlərə yardım göstərməyə cəlb edilməlidir.


Şənbə günü Yaponiyanın mərkəzinə və cənub-qərbinə leysanlar yağıb. Meteoroloji xidmət idarəsi 7 prefekturanın fəlakət zonası elan edib. Bu, bir neçə onillikdə ən çoxu bir dəfə baş verir. Dağıntı və daşqınlar barədə məlumat daxil olmaqda davam edir. Xilasedicilərdə bir gün ərzində nə baş verdiyi barədə tam təsəvvür yoxdur. Hazırda 50 adamın itkin düşdüyü bildirilir.

Xəbər lenti