Xəzər Xəbər

Rusiya və BƏƏ razılaşdı - Viza rejimi ləğv edilir

Dünya | 18:02 • 6 İyul 2018
Rusiya və BƏƏ razılaşdı - Viza rejimi ləğv edilir

Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) viza rejiminin qarşılıqlı ləğv olunması barədə razılıq əldə edib.


Trend-in məlumatına görə, bu barədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında müvafiq sənəd imzalanıb.


Qeyd olunur ki, ötən il Rusiyadan BƏƏ-yə turist axını 50 faizdən çox artıb.


Bildirilir ki, BƏƏ-yə 750 mindən çox rusiyalı turist səfər edib ki, onlar ölkə iqtisadiyyatına 2,3 milyard vəsait gətirib.

Xəbər lenti