Xəzər Xəbər

Rusiyada dəhşət — Satanist qız sevgilisini şeytana qurban kəsdi

Dünya | 16:48 • 6 İyul 2018
Rusiyada dəhşət

Rusiyada dəhşətli cinayət baş verib.

"Ölkə.Az” xəbər verir ki, satanist qız sevgilisini şeytana qurban vermək üçün cinsi əlaqə zamanı onu öldürüb. Sonra isə sevgilisinin meyitini doğrayaraq soyuducuya yığıb. Qızın adı Anastasiya Oneginadır.

Dmitri Sinkeviç adlı oğlanın parçaları gənc qızın Oryol şəhərindəki evinin soyuducusundan aşkar edilib. 24 yaşlı Dmitrinin qolları, ayaqları və penisi öldükdən sonra kəsilib.

Dmitrinin meyiti "Baphomet” adlı və XIV əsrin əvvəllərində Katolik Kilsəsi tərəfindən kafir elan edilən və Məbəd Cəngavərlərinin sitayiş etdiyi şeytan fiquruna bənzədiyi bildirilir. 21 yaşlı Anastasiya sevgilisini şeytana qurban verib.

O, istintaqa ifadəsində sevgilisini cinsi əlaqə zamanı yataqda boğduğunu bildirib. Amma doğradığını xatırlamadığını deyib.

Anastasiyanın psixi vəziyyətini öyrənmək üçün həkimə göndəriblər.

Xəbər lenti