Xəzər Xəbər

Türkiyə XİN: Alacağımız S-400 NATO üzvlərinə qarşı yönəlməyib

Dünya | 16:24 • 6 İyul 2018
Türkiyə XİN: Alacağımız S-400 NATO üzvlərinə qarşı yönəlməyib

Türkiyəyə tədarük olunacaq S-400 zenit-raket kompleksləri NATO üzvlərinə qarşı yönəlməyib.


Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


Nazir bildirib ki, S-400-lərin əldə olunması ABŞ-la münasibətlərə təsir edə bilməz.


Türkiyəli nazir əlavə edib: "ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətləri pozmaq istəmir”.

Xəbər lenti