Xəzər Xəbər

Türkiyə yeni lazer silahlarını təqdim etdi - FOTO

Dünya | 16:24 • 6 İyul 2018
Türkiyə yeni lazer silahlarını təqdim etdi -

Türkiyənin TÜBİTAK şirkəti BİLGEM proqramı çərçivəsində "IŞIN” layihəsi əsasında iki yeni lazer silahı hazırlayıb.


"Hürriyet” nəşri xəbər verir ki, yeni lazer silahları düşmənin polad zirehini məhv etmək qabiliyyətinə malikdir.

Hər iki silah sabit və hərəkətdə olan hədəflərin məhvi üçün nəzərdə tutulub.

"IŞIN” layihəsi əsasında hazırlanan 20 kilovat və avtomobilə quraşdırılan 1,25 kilovat gücündə silahların sınaq atışları həyata keçirilib.

20 kilovatlıq silahın sınaqları zamanı 500 metr məsafədə 22 mm qalınlığındakı polad gəmi zirehi yararsız hala gətirilib.

Xəbər lenti