Xəzər Xəbər

Tramp Kim Çen Ina görün nə hədiyyə etdi

Dünya | 16:13 • 6 İyul 2018
Tramp Kim Çen Ina görün nə hədiyyə etdi

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Ina Elton Conun "Raket adam” mahnısı olan diskini hədiyyə edib.

Tramp koreyalı həmkarına məktub daünvanlayıb.

Qeyd olunur ki, ötən ay Sinqapurda baş tutmuş görüş zamanı tərəflər bu mahnını da müzakirə ediblər. Kim Çen In D.Trampa onu "raket adam” adlandırdığını xatırladıb, əvəzində D.Tramp Kim Çen Indan bu mahnını eşidib-eşitmədiyini soruşub və "yox” cavabını alıb.

Nəticədə Donald Tramp dövlət katibi Mayk Pompeo vasitəsilə bu mahnını həmkarına hədiyyə etməyi qərara alıb.

Xəbər lenti