Xəzər Xəbər

Ruhani: Fransa və Almaniyanın təklifləri kifayət qədər yaxşı deyil

Dünya | 15:55 • 6 İyul 2018
Ruhani:
İran prezidenti Həsən Ruhani dövlət televiziyasında çıxışı zamanı bəyan edib ki, Fransa və Almaniyanın təklif etdiyi tarazlaşdırma planı ümidsizliyə yol açır və Avropanın təklifləri kifayət qədər yaxşı deyil.

Həsən Ruhani fransız həmkarı Emmanuel Makrona müraciətində deyib ki, Avropanın təqdim etdiyi iqtisadi tədbirlər ABŞ-ın nüvə müqaviləsindən çıxmasını qarşılama mövzusunda yetərli deyil: "Avropa tərəfindən təqdim olunan iqtisadi tədbirlər paketi bütün ehtiyacları ödəmir".

İran prezidenti oxşar ifadələri Almaniya kansleri Angela Merkelə də aid edərək Avropanın təqdim etdiyi iqtisadi paketin ümidsizliyə yol açdığını bildirib: "Təəssüf ki, təqdim olunan paketdə bir fəaliyyət planı və əməkdaşlığın davam etməsi üçün yol xəritəsi yoxdur. Avropa Birliyinin bundan əvvəlki ifadələrində olduğu kimi ümumi sözlər var".

Qeyd edək ki, ABŞ may ayında İranla 2015-ci ildə imzalanan nüvə müqaviləsindən çıxaraq ləğv edilən sanksiyaları yenidən tətbiq etməyə başlamış və 4 noyabrdan etibarən İrandan neft alınmasının dayandırılmasını istəmişdi. Müqaviləyə imza atan Avropa ölkələri onu xilas etməyə çalışacaqlarını demişdi./FaktXəbər

Xəbər lenti