Xəzər Xəbər

Erməni katolikosunun istefası tələb olunur

Dünya | 15:34 • 6 İyul 2018
Erməni katolikosunun istefası tələb olunur

Ermənistanda bütün ermənilərin katolikosu II Qareqinin istefasını tələb edən etirazçılar kilsəyə hücum ediblər.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, katolikosun istefasını tələb edən etirazçılar müqəddəs Eçmiədzin dəftərxanasına daxil olublar.

"Elə indi məşhur təşəbbüskarlar müqəddəs Eçmiədzin dəftərxanasını işğal etdilər. Onlar özlərinə xas ultimatum və təxribat hərəkətli çıxışları ilə uyğunsuz davranırlar. Onlar ruhanilərin qəbuledilməz və qəbahətli davranışlarından imtina etmələri barədə çağırışlarına qulaq asmırlar” – katolikosluğun mətbuat xidməti rəisi Vaqram Məlikyan öz Facebook hesabında yazıb.

"Yeni Ermənistan, yeni katolikos” şüarları səsləndirən etirazçılar artıq bir aydır ki, II Qareqinin istefasını tələb edirlər. Lakin hazırda onların sayı azdır.

Qeyd edək ki, bütün ermənilərin katolikosu II Qareqin haqda kriminal işlər və kilsə torpaqlarını oliqarxlara satma barədə dəfələrlə yerli mətbuatda ittihamlar səsləndirilib.

Xəbər lenti