Xəzər Xəbər

Rusiya XİN: Avropa Şurasında bizim iştirakımız olmadan seçilən vəzifəli şəxslərin legitimliyi sual altındadır

Dünya | 14:11 • 4 İyul 2018
Rusiya XİN: Avropa Şurasında bizim iştirakımız olmadan seçilən vəzifəli şəxslərin legitimliyi sual altındadır

”Avropa Şurası Parlament Assambleyası Rusiyanın tənqidlərinə reaksiya vermir”.


Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

”Avropa Şurası Parlament Assambleyası hələ ki bizim parlament nümayəndələrinin səlahiyyətlərinin ləğv edilməsinin Avropa Şurasının Nizamnaməsinə ziddi olması ilə bağlı əsaslı tənqidlərimizə reaksiya vermir. Bu cür qərarlar beynəlxalq hüquqa söykənən dövlətlərin suveren bərabərliyi prinsiplərini pozur. Sual olunur: AŞPA öz gücü ilə Avropa Şurasına bütün üzv ölkələrin hüquq və öhdəliklərinin bərabərliyi problemini həll edə bilərmi? AŞPA-nın düşüncəsiz fəaliyyəti ona gətirib çıxarıb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin və komissarlarının praktik olaraq yarısı Rusiya parlamentarlarının iştirakı olmadan seçilib. 2019-cu ilin iyununda baş katibliyə seçkilər keçiriləcək. Rusiyanın səsi olmadan seçilən Avropa Şurasının yüksək vəzifəli şəxslərinin legitimliyi bizim üçün sual altındadır”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olub. (APA)

Xəbər lenti