Xəzər Xəbər

İngiltərədə ikinci KİMYƏVİ ZƏHƏRLƏNMƏ Skirpaldan 11 km uzaqlıqda...

Dünya | 13:21 • 4 İyul 2018
İngiltərədə ikinci KİMYƏVİ ZƏHƏRLƏNMƏ

İngiltərənin Amesburi qəsəbəsində kimyəvi zəhərlənmə faktı qeydə alınıb.

40-45 yaşlarında bir kişi və bir qadın cümə günü hüşsuz halda yaşadıqları evdə tapılıb.

İlkin ehtimallara görə, cütlük narkotik maddədən istifadə edib. Lakin daha sonra onların dəqiq olaraq hansı maddədən zəhərləndikləri təsbit edilməyib.

Qeyd edək ki, bu ilin mart ayında Amesburi qəsəbəsindən 11 km aralıda yerləşən Salisburi şəhərində rusiyalı agent Sergey Skirpal və qızı kimyəvi zəhərlənməyə məruz qalmışdı. Hadisənin sui-qəsd olduğu ortaya çıxmışdı. İngiltərə bu hadisədə rəsmi Moskvanı ittiham etmişdi. Sui-qəsd iki ölkə arasında siyasi böhrana səbəb olmuşdu./publika.az

Xəbər lenti