Xəzər Xəbər

Nəcib Rəzzaka qarşı rəsmi ittiham irəli sürüldü

Dünya | 13:13 • 4 İyul 2018
Nəcib Rəzzaka qarşı rəsmi ittiham irəli sürüldü

İyulun 3-də həbs olunan Malayziyanın sabiq Baş naziri Nəcib Rəzzak bu gün səhər saatlarında Kuala-Lumpur məhkəməsinə gətirilib.

AZƏRTAC "The Star” qəzetinin internet versiyasına istinadla xəbər verir ki, N.Rəzzaka 1MDB dövlət investisiya fondunda korrupsiya əməlləri ilə bağlı üç müxtəlif epizod üzrə ittiham irəli sürülüb.

Malayziya qanunvericiliyinə əsasən, rəsmi dövlət postunu tutan şəxsin etimaddan sui-istifadə etməsi onun cinayət məsuliyyətinə cəlb olunmasına əsas verir.

Antikorrupsiya komissiyasının ittihamlarını inkar edən sabiq Baş nazirin tərəfdarları hazırda Kuala-Lumpur məhkəməsinin qarşısına toplaşaraq ona dəstək olmağa çalışırlar.

Xatırladaq ki, mayın 9-da Malayziyada keçirilən parlament seçkilərində müxalifətin gözlənilməz qələbəsi Mahathir Məhəmmədin Baş nazir seçilməsi ilə nəticələnib. Doxsan iki yaşlı siyasətçi son bir neçə ildə Nəcibin Rəzzakın əsas tənqidçisi olub və onu korrupsiya əməllərində ittiham edib. Seçkilərdə qələbə ona Nazirlər Kabinetinin əvvəlki üzvlərinin və şəxsən sabiq Baş nazirin fəaliyyəti ilə bağlı təhqiqatların aparılması barədə göstəriş verməsinə imkan yaradıb.

Xəbər lenti