Xəzər Xəbər

Ruhaninin açıqlaması neftin qiymətini qaldırdı

Dünya | 12:25 • 4 İyul 2018
Ruhaninin açıqlaması neftin qiymətini qaldırdı

İran prezidenti Həsən Ruhaninin neft ixracı ilə bağlı verdiyi açıqlama ABŞ neftinin qiymətini son 3 ilin pik həddinə çatdırıb.

Həsən Ruhani dünənki açıqlamasında bildirmişdi ki, əgər İran neft ixrac edə bilməyəcəksə, onda körfəzdən heç kəs neft sata bilməyəcək.

Bu gün səhər Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,45 dollar və ya 0,61% artaraq 74,59 dollar təşkil edib ki, bu da 2014-cü ilin neft böhranından sonra ən yuxarı göstəricidir.

Eyni zamanda bildirilir ki, İran neftinin ixracına sanksiya tətbiq edildikdən sonra Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ bazarının tələmatını ödəmək üçün dünya bazarına ixracatlarını artıracaqlar.

Qeyd edək ki, Həsən Ruhanin Hörmüz boğazını bağlayacaqları ilə bağlı açıqlaması İranın ilk təhdidi deyil. Bu boğaz Yaxın Şərqin dəniz nəqliyyatının ən vacib kanalıdır. Və onun bağlanması Vaşinqtonun yeni sanksiyalarına cavab tədbiri ola bilər.

Analitiklər bildirirlər ki, Ruhaninin Hörmüz boğazı ilə bağlı verdiyi açıqlama ABŞ-ın neft ehtiyatlarını kəskin şəkildə aşağı salacaq.

Xatırladaq ki, ICE London qitələrarası birjasında da Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,49% artaraq 78,14 dollar təşkil edib./FaktXəbər

Xəbər lenti