Xəzər Xəbər

Leysan yağışları Çində yeddi nəfərin ölümünə səbəb olub

Dünya | 11:06 • 4 İyul 2018
Leysan yağışları Çində yeddi nəfərin ölümünə səbəb olub

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində davam edən leysan yağışları və onun fəsadları, o cümlədən torpaq sürüşməsi və daşqınlar 7 nəfərin ölümünə səbəb olub, habelə daha yeddi nəfər zərər çəkib. Əyalətin hökumət orqanları 18 min sakini təxliyə etmək məcburiyyəti ilə qarşılaşıb.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Sıçuan əyalətində ötən həftədən başlamış yağışlar əyalətin qərb və şimal-qərb rayonlarında 64 geoloji fəlakətə səbəb olub. Əlverişsiz hava şəraiti kənd təsərrüfatı sektoruna təsir edib, habelə məktəb binalarını, yolları su basıb. Təbii fəlakətin birbaşa iqtisadi zərəri 159 milyon yuan (təxminən 23,8 milyon dollar) qiymətləndirilir.


Əlverişsiz hava şəraitindən Çinin Şensi əyaləti də zərər çəkib. Bu ərazidə 16,6 min nəfərdən çox insan yaşayır. İnsanlar təxliyə olunur. Hazırda 290 nəfər təhlükəsiz yerə köçürülüb. Şensidə iqtisadi zərər 35 milyon yuan (5,2 milyon dollar) hesablanır.

Xəbər lenti