Xəzər Xəbər

Cənubi Koreyanın valyuta ehtiyatları rekord həddə çatıb

Dünya | 11:06 • 4 İyul 2018
Cənubi Koreyanın valyuta ehtiyatları rekord həddə çatıb

Cənubi Koreyanın xarici valyuta ehtiyatları iyunda əvvəlki ayla müqayisədə 1,32 milyard ABŞ dolları artaraq 400,3 milyard dolara çatıb. Bu, ölkə tarixində yeni rekorddur.


AZƏRTAC Koreya Respublikasının mərkəzi bankının məlumatına istinadla xəbər verir ki, ümumi valyuta ehtiyatlarının 91,9 faizi qiymətli kağızlardan ibarətdir.


Cənubi Koreyanın valyuta ehtiyatları 100 milyard dollara 2001-ci, 200 milyarda 2005-ci, 300 milyard dollara isə 2011-ci ildə çatıb.


Cari ilin may ayının rəqəmlərinə əsasən, Cənubi Koreya xarici valyuta ehtiyatlarının məbləğinə görə dünyada 9-cu sıradadır. Siyahıda ilk üçlüyü Çin (3,1 trilyon dollar), Yaponiya (1,25 trilyon dollar) və İsveçrə (757 milyard dollar) tutur.


Xəbər lenti