Xəzər Xəbər

Belarusda yaşayan azərbaycanlı iş adamı Ukraynada itkin düşüb

Dünya | 17:30 • 3 İyul 2018
Belarusda yaşayan azərbaycanlı iş adamı Ukraynada itkin düşüb

Belarusun Qomel vilayətindən Ukraynaya gələn azərbaycanlı iş adamı itkin düşüb. APA-nın məlumatına görə, Rusiya vətəndaşı, uzun müddətdir Qomeldə yaşayan, əslən Azərbaycanın Gəncə şəhərindən olan 1974-cü il təvəllüdlü Həsənov Ruslan Əli oğlu sonuncu dəfə bir həftə əvvəl Ukraynanın Xarkov şəhərində olub.

Biznesi ilə bağlı Xarkova gəldiyi bildirilən R. Həsənovla bütün əlaqələr kəsilib. Artıq polisə müraciət edən yaxınları onun buna qədər bir neçə dəfə təhdid olunduğunu bildiriblər. İş adamı taxta biznesi ilə məşğul olub.

Xəbər lenti