Xəzər Xəbər

“Kılıçdaroğlunun mövqeyi CHP-ni çökdürəcək” İncə

Dünya | 16:01 • 3 İyul 2018
“Kılıçdaroğlunun mövqeyi CHP-ni çökdürəcək”
24 iyun seçkilərində məğlub olduqdan sonra xalqın CHP-yə etimadını bərpa etmək üçün Kamal Kılıçdaroğlunun partiya sədrliyindən getməsi məsləhətdir.

Bunu Cumhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd olmuş Muharrəm İncə ötən gün partiya sədri Kamal Kılıçdaroğlu ilə keçirdiyi görüşün detalları barədə jurnalistlərə açıqlamasında deyib.


O, bildirib ki, görüşdə seçkilərin nəticələrini qiymətləndiriblər. Lakin İncənin açıqlamasından aydın olub ki, CHP sədrliyindən imtina etmək istəməyən Kilıçdaroğlu partiyanın bir çox üzvlərinin istefa tələblərinə rəğmən, onunla bu barədə danışmaq istəməyib və görüşdə mövzuya toxunmayıb. Bunu görən İncə Kılıçdaroğlunun mövqeyini öyrənmək üçün özü ona təklif irəli sürüb.


"Kılıçdaroğlundan mənə hansısa təklif gəlmədi. Amma mən cənab Kılıçdaroğluna bir təklif verdim. Gizlədəcək bir şey yoxdur, bunları millətin qarşısında da söyləyə bilərəm. Onunla rəqabət içində olmaq istəmədiyimi, amma millətin də seçkilər vaxtı ehtiyac duyduğu bir ümid var idi və bunu itirməməyimizin vacibliyini ona bildiridim. Özü istəyərsə, fövqəladə qurultay çağıraraq mənim partiya sədri, onun isə fəxri rəhbər ola biləcəyini təklif etdim. Amma Kılıçdaroğlu "yaxşı”, yaxud "xeyr” cavabı vermədi. Düşünürəm ki, bu təklifi qiymətləndirəcək”, - deyə İncə bildirib.

Prezidentliyə namizəd vurğulayıb ki, əgər Kılıçdaroğlu "yox" cavabı verərsə, onun əleyhinə partiya daxilində imza toplamayacaq. Lakin Kılıçdaroğlunun bu mövqeyi son nəticədə CHP-nin tənəzzülünə səbəb olacaq. /azvision.az

Xəbər lenti