Xəzər Xəbər

Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

Dünya | 15:44 • 3 İyul 2018
Ermənistanın keçmiş müdafiə naziri axtarışa verildi

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib.


Trend-in məlumatına görə, o, 2008-ci ildə keçirilmiş prezident seçkiləri ilə əlaqədar etiraz aksiyaları zamanı zorakılıq törətməkdə ittiham olunur.


Qeyd olunur ki, o həmçinin konstitusion rejimin devrilməsi cəhdində ittiham olunur.


M.Arutyunyan 2007-2008-ci illərdə Ermənistan müdafiə naziri işləyib.

Xəbər lenti