Xəzər Xəbər

Lavrov amerikalı senatorları qəbul edib

Dünya | 15:34 • 3 İyul 2018
Lavrov amerikalı senatorları qəbul edib

ABŞ Senatının nümayəndə heyəti Rusiyada səfərdədir.


Bu gün Rusiyanın xarici işlər naziri senatorları qəbul edib.

Görüş zamanı S. Lavrov səfərinin iki ölkənin parlamentləri arasında münasibətlərin bərpasına gətirib çıxaracağına ümid etdiyini söyləyib: "Parlamentarlar öz dövlətlərinin maraqlarını təmsil edən və ölkənin bütün guşələrindən birbaşa seçilən insanlardırlar. Şübhəsiz ki, onlar öz dövlətlərinin və xalqlarının əhval-ruhiyyəsini əks etdirirlər. Eyni zamanda, parlamentarların başqa bir funksiyası da var. Onlar öz bəyanatları, fəaliyyətləri və səlahiyyətləri ilə əhval-ruhiyyəni formalaşdırırlar. Fikrimcə, parlamentlərarası dialoqun bərpa olunması iki həftə sonra Helsinkidə baş tutacaq Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasındakı görüşün kontekstində çox vaxtında atılmış bir addımdır”.

Qeyd edək ki, Rusiya XİN başçısı ilə ABŞ Senatının nümayəndələri arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, perspektivləri və beynəlxalq gündəmdə olan aktual məsələlər müzakirə olunub. (APA)

Xəbər lenti