Xəzər Xəbər

Çinin şirkəti ABŞ şirkətini alıb

Dünya | 14:53 • 3 İyul 2018
Çinin şirkəti ABŞ şirkətini alıb

Çinin ən böyük elektrik mühərrikləri istehsalçısı olan "Wolong Electric Group” ABŞ-ın "General Electric” şirkətinin kiçik sənaye mühərrikləri buraxan bölümünü alır.


AZƏRTAC xəbər verir ki, "Wolong Electric Group”un sədri Çen Ciançen və "General Electric Power”in İdarə Heyətinin sədri Rassel Stoks sövdələşmə ilə bağlı yekun sənədi imzalayıblar. Dəyəri 160 milyon ABŞ dolları olan sövdələşmə "General Electric”in Meksikadakı sənaye mühərrikləri müəssisəsinə, şirkətin mühərrik xidmətləri bölümünə və digər 13 bölümünə nəzarətin Çin şirkətinə keçməsini əhatə edir.


"Wolong Electric”in də daxil olduğu "Wolong Holding Group” Çinin ən böyük 500 müəssisəsindən biridir. Dünya üzrə 18 min işçisi olan korporasiyanın aktivlərinin dəyəri 4,4 milyard dollar, dövriyyəsi isə 5,4 milyard dollara çatır. Şirkət əsasən elektrik mühərriklərinin, transformatorların və batareyaların istehsalı ilə məşğul olur.

Xəbər lenti