Xəzər Xəbər

Sabiq baş nazir 681 milyon dollar rüşvət almaqda ittiham olunur

Dünya | 14:47 • 3 İyul 2018
Sabiq baş nazir 681 milyon dollar rüşvət almaqda ittiham olunur

Malayziyanın sabiq Baş naziri Nəcib Rezak korrupsiya ittihamı ilə maliyyə polisinin sanksiyası əsasında saxlanılıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, keçmiş Baş nazir hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən evində həbs olunub. Maliyyə polisinin apardığı araşdırma zamanı Nəcib Rezakın hesabına müxtəlif şirkətlər və banklardan 681 milyon dollar pul köçürüldüyü məlum olub. Qeyd edək ki, bir müddət əvvəl sabiq Baş nazir bu məbləğin ona Səudiyyə Ərəbistanı Kral ailəsi tərəfindən hədiyyə olaraq verildiyini bildirmişdi. Malayziyanın yeni Baş naziri Mahathir Məhəmmədin göstərişi ilə aparılan istintaq işi nəticəsində isə 681 milyon dolların rüşvət məqsədilə iş adamlarından alındığı məlum olub.


Sabiq Baş nazirin yaxın zamanlarda məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Xəbər lenti