Xəzər Xəbər

Liviyada daha iki limandan neft ixracı dayanıb

Dünya | 14:45 • 3 İyul 2018
Liviyada daha iki limandan neft ixracı dayanıb

Liviyada daha iki limandan neft ixracı dayanıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Milli Neft Təşkilatı məlumat yayıb. Bildirilir ki, ölkənin şərqindəki Ez-Zuveytine və El-Harika limanlarından neft ixracı dayandırılıb.


Qeyd edək ki, daha əvvəl strateji əhəmiyyətə malik Sidra ve Ra's Lanuf limanlarından neft ixracı dayandırılmışdı. Sidra, Ra's Lanuf və Brega neft limanlarının yerləşdiyi bölgədə zəngin neft ehtiyatları var. Bu bölgədə ölkənin ümumi neft ehtiyatlarının 60 faizdən çoxu yerləşir.

Xəbər lenti