Xəzər Xəbər

Polşada işsizlik göstəricisi aşağı səviyyədədir

Dünya | 14:10 • 3 İyul 2018
Polşada işsizlik göstəricisi aşağı səviyyədədir

Avropa İttifaqının (Aİ) "Avrostat” statistika bürosunun məlumatına görə, Polşada işsizlik göstəricisi Aİ məkanında ən aşağı göstəricilərdən biridir.

Bu ilin may ayı üçün olan məlumatlara əsasən Polşada işsizlik göstəricisi 3,8 faiz olub. Aİ məkanında bu göstəricinin daha aşağı qiyməti yalnız iki ölkədə qeydə alınıb: Çexiyada (2,3 faiz) və Almaniyada (3,4 faiz).

İşsizlik sarıdan ən pis vəziyyət Yunanıstanda yaranıb: bu ölkədə (mart ayı üçün olan məlumata görə) əmək qabiliyyətli əhalinin 20 faizi, İspaniyada isə (may ayının məlumatına əsasən) əmək qabiliyyətli sakinlərin 15,8 faizi işsizdir.

Avropa İttifaqında orta işsizlik səviyyəsi 7 faiz, o cümlədən avro zonasına daxil olan ölkələrdə 8,4 faizdir.

Xəbər lenti