Xəzər Xəbər

Ermənistanın daxili qoşunları Qarabağa, təmas xəttinə göndərilir

Dünya | 12:27 • 3 İyul 2018
Ermənistanın daxili qoşunları Qarabağa, təmas xəttinə göndərilir

Ermənistan hakimiyyəti daxili qoşunların bölmələrini Dağlıq Qarabağa, qoşunların təmas xəttində növbə çəkməyə göndərir. Virtualaz.org xəbər verir ki, bu haqda "Qraparak” qəzeti yazıb.

Ermənistanın daxili qoşunları haqda qanuna görə bu qoşunların vəzifələrindən biri də "ölkənin müdafiə olunmasında iştirak”dır. Amma əvvəlki hakimiyyət daxili qoşunlardan ancaq etirazları yatırmaq üçün istifadə edib.

Ötən həftənin şənbə günü Ermənistan Polisinin rəisi Valeri Osipyan daxili qoşunların bölmələri ilə görüşüb və onlara çatdırıb ki, Müdafiə Nazirliyindən daxili qoşunların Qarabağa göndərilməsi haqd təklif alıb. Və bu təklifə razılaşıb. Qərarın özü isə baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilib.

Bildirilir ki, təkcə bir bölmə bu qərara etiraz edib. Osipyan bildirib ki, avqustun 15-dən etibarən daxili qoşunlar 15 gündən bir əvəzlənmə ilə Qarabağa, təmas xəttində növbə çəkməyə göndəriləcək. Həmin günlərə görə onlar əlavə əmək haqqı alacaqlar. Polisdən bu görüş faktını təsdiqləyiblər və deyiblər ki, nə vaxt rəsmi qərar olsa ictimaiyyətə açıqlanacaq.

Ermənistan hakimiyyətinin bu qərarının Azərbaycanın Qarabağda irimiqyaslı müharibəyə hazırlaşdığı barədə son vaxtlar yaranmış xofla əlaqəli olduğu istisna deyil. Belə ki, Qarabağda təmas xətti boyu erməni postlarında canlı qüvvə çatışmır, bəzi postlarda 2-3 əsgər olur. Mümkündür ki, Ermənistan işğal edilmiş ərazilərdə canlı qüvvə qıtlığını Ermənistandan daxili qoşunları göndərməklə kompensasiya etməyə çalışır. Azərbaycan tərəfi bu məsələni diqqətlə izləməli və erməni daxili qoşun hissələrinin səngərlərə yeridilməsinə adekvat , sərt reaksiya verməlidir.

Xəbər lenti