Xəzər Xəbər

Saakaşvili yəhudilərlə qohum oldu - OĞLU EVLƏNDİ

Dünya | 18:20 • 2 İyul 2018
Saakaşvili yəhudilərlə qohum oldu -

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ABŞ-da yaşayan böyük oğlu Eduard ailə həyatı qurub.


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Eduard Saakaşvili əslən yəhudi ailəsindən olan qızla evlənib. ABŞ-da keçirilən toya gedən Mixail Saakaşvili gənclərin evliliyi ilə bağlı açıqlama verib: "Gəlin çox yaxşı qızdır. Onun hansı millətdən olması önəmli deyil. Onun ailəsi çox yaxşıdır və dostsevərdir”.


Qeyd edək ki, Eduard Saakaşvili keçən il ABŞ-da təhsilini qurtardıqdan sonra Pensilvaniyada radiojurnalist kimi işləməyə başlayıb. Mixail Saakaşvilinin kiçik oğlu Nikoloz anası - əslən holland olan Sandra Rulovsla birgə Tiflisdə yaşayır. Mixail Saakaşvilinin özü isə həyat yoldaşının vətənində yaşayır.

Xəbər lenti