Xəzər Xəbər

Puerto-Rikoda helikopter çimərliyə düşüb, ölən və yaralananlar var

Dünya | 11:15 • 1 İyul 2018
Puerto-Rikoda helikopter çimərliyə düşüb, ölən və yaralananlar var

Puerto-Rikonun şimal-şərq hissəsində "JetRanger" helikopteri çimərliyə düşüb.


Helikopterin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Qəza Rio-Qrande şəhərinin yaxınlığında baş verib. Yerdə olan insanlardan xəsarət alan olmayıb.


Qəzanın səbəbi məlum deyil. ABŞ Federal Aviasiya İdarəsi araşdırmaya başlayıb. (Trend)

Xəbər lenti