Xəzər Xəbər

Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Dünya | 10:54 • 1 İyul 2018
Saakaşvili Gürcüstana qayıdacağına söz verdi

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəyə qayıdır. 


Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, Mixail Saakaşvili bu ilin payızında ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün respublikaya qayıdacağını açıqlayıb.

"Düşünürəm ki, payızda keçiriləcək prezident seçkilərinə qədər qayıdacağam. Əminəm ki, Bidzina İvanişvili seçkilərdə məğlub olacaq. Əlbəttə, o, seçkiləri saxtalaşdıracaq. Lakin bu onda alınmayacaq”, – deyə siyasətçi telekanala verdiyi müsahibədə bildirib.

Həmçinin, Saakaşvili Valeriy Gelaşvilinin döyülməsinə heç bir aidiyyətinin olmadığını bildirib.

Daha əvvəl Gürcüstan məhkəməsi qiyabi olaraq Saakaşvilini altı il müddətinə azadlıqdan məhrum edib. Belə ki, o, 2005-ci ildə deputat Valeriy Gelaşviliyə hücumda ittiham edilib.

Xəbər lenti