Xəzər Xəbər

ABŞ-da Tramp siyasətinin əleyhinə etiraz aksiyaları keçirilir

Dünya | 09:43 • 1 İyul 2018
ABŞ-da Tramp siyasətinin əleyhinə etiraz aksiyaları keçirilir

ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. 


Xezerxeber.az-ın CNN telekanalına istinadən verdiyi xəbərə görə, aksiyalar Boston, Vaşinqton, Denver, Nyu-York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.

Bundan əvvəl Vaşinqton polisi Tramp əleyhinə qanunsuz aksiyaya qatılmış 575 etirazçını saxlayıb.

Xəbər lenti