Xəzər Xəbər

Meksika gələcək prezidentini seçir

Dünya | 09:04 • 1 İyul 2018
Meksika gələcək prezidentini seçir

Bazar günü Meksikada ümumi seçkilər keçiriləcək.


Xezerxeber.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, meksikalılar eyni vaxtda ölkə prezidentini, senatorları, deputatları, şəhərlərin merlərini seçəcəklər.


Milli Seçki İnstitutunun məlumatına görə, seçkili vəzifələrin ümumi sayı 18,3 mindir. Onlardan 3,4 mini mühüm post hesab olunur. Ölkədə 89,3 milyon nəfər seçki hüququna malikdir. Səsvermə günü 157 min seçki məntəqəsi fəaliyyət göstərəcək.


Meksika qanunvericiliyinə əsasən, ölkə prezidenti sadə səs çoxluğu ilə 6 il müddətinə seçilir. Eyni şəxs ikinci müddətə seçilə bilməz. Yeni dövlət başçısı səlahiyyətlərinin icrasına bu il dekabrın 1-də başlayacaq. Prezident postuna dörd namizəd iddia edir.

Xəbər lenti